» » “Aylarla seks yaşamırdıq, yataqda dombala-dombala qalırdım...” - Ehtirasli hekayə
loading...
loading...

“Aylarla seks yaşamırdıq, yataqda dombala-dombala qalırdım...” - Ehtirasli hekayə

“Aylarla seks yaşamırdıq, yataqda dombala-dombala qalırdım...” - Ehtirasli hekayə
Bu dəfəki qəhrəmanım Şəbnəm ( ad şərtidir – İ.V.) Sumqayıt şəhərində yaşayır, tibb bacısıdır, üç qız anasıdır. Böyük qızı dördüncü, ortancılı ikinci sinifdə oxuyur. Kiçik övladı isə bağçaya gedir. 35 yaşlı Şəbnəm 12 ildir uzaq qohumu olan bəylə ailəlidir. Dediyinə görə, həyat yoldaşı ilə bir-birlərini dəlicəsinə seviblər. Hətta oğlanın ailəsi əvvəlcə bu iki gəncin izdivacına razı deyilmişlər. Lakin hər şeyə rəğmən o, Şəbnəmlə ailə qurub:

"Məndən üç yaş böyükdür. Bir-birimizi tanıyanda mən tibb texnikumunda oxuyurdum, o isə maşın bazarında avtomobil ehtiyat hissələri satırdı. Özünün dediyinə görə avtobusda məni görüb, xoşuna gəlmişəm, sonra ardımca gəlib ünvanımızı öyrənib. Çox yaraşıqlı oğlan idi. Hətta özümü onun yanında eybəcər hiss edirdim. Ardımca texnikuma gələndə çox qızlar ona həsrətlə baxırdılar. Bu da mənim xoşuma gəlirdi. Nə qədər qısqansam da, bilirdim ki, çoxlarının qısqandığı oğlan mənim sevgilimdir”.

Beləcə Şəbnəm indiki həyat yoldaşı ilə ailə qurur. Oğlan ailəsini birtəhər razı salıb toy məclisində iştirak etmələrinə nail olur. Amma münasibətlər gərgin olduğundan gənc ailə elə Sumqayıtda bir otaqlı mənzil kirayələyir:

"Cehizlərimin bir hissəsini kirayə evə gətirdik. Sonra mən də işləməyə başladım, onun da qazancı pis deyildi. Məni də çox istəyirdi. İlk övladımıza hamilə olduğumu biləndə necə sevindiyi hələ də yadımdadır”.

Amma həyat yoldaşının əhatə olunduğu ətraf mühit Şəbnəmin xoşbəxtliyini bir anın içində əlindən alır:

"Günlərin birində bu evə gəldi, gördüm ki, həmin adam deyil. Halı pis idi, gözləri qızarmışdı. Elə bildim ki, döyüblər. Amma üstünü vurmadım. Bu hal bir neçə dəfə təkrarlandı. Axırda özü açıb dedi ki, narkotikə qurşanıb, indi də əl çəkə bilmir. Mən də demişdi ki, bu barədə kiməsə desən, səni öldürəcəm. Getdikcə arıqlayırdı, günbəgün vəziyyəti ağırlaşırdı. Artıq ailənin bütün yükü mənim çiyinlərimdə idi”.

Şəbnəm deyir ki, həyat yoldaşının ona aldığı qızılları, kirayə qaldığı mənzilə gətirmədiyi cehizlərinin bir qismini satıb ərini müalicə etdirir. Bir müddət yenə də işlər axarına düşür. Amma əri bu yoldan birdəfəlik döndərmək mümkün olmur:

"Sağalmışdı, heç nə eləmirdi. İşləməsə də, evdə otururdu, dostlarıyla əlaqəsini kəsmişdi. Amma bir dəfə dedi ki, çıxıb özümə iş axtarmalıyam. Həmin axşam gördüm ki, evə pis vəziyyətdə gəlib. Çünki o qədər narkotik qəbul etmişdi ki, o nəsə edəndə dərhal bilirdim”.

Şəbnəm deyir ki, hazırda ailənini durumu çox ağırdı. Üç qız övladına və ərinə tək baxmağa məcburdu. Ərinin valideynləri də bu izdivaca əvvəldən razı olmadıqlarından bütün günahları məhz Şəbnəmdə görürlər:

"Qaynanamgil deyir ki, oğlumuzu sən narkoman eləmisən. Amma bilmirlər ki, heç bir qadın ailəsinin dağılmasını istəməz. 35 yaşlı qadın üçün bu iztirabları yaşamaq ölümdən betərdi. Gah evdən oğurluq edir, gah məni döyür, gah özünü öldürəcəyi ilə hədələyir. Qaynanam deyir ki, sən gəzməkdən ötrü oğlumu bu günə salmısan. Amma vicdanım qarşısında təmizəm. İfadəmə görə çox üzr istəyirəm, elə olub ki aylarla o mənə yaxın durmayıb, yataqda qıvrıla-qıvrıla qalmışam. Gənc qadınam, mən də istəyirəm ki, ərimlə münasibətim olsun. Özüm tibb sahəsində çalışdığımdan bilirəm ki, bunun sonu nə il nəticələnəcək. İşdə həkimlər deyir ki, kiminləsə görüş, sonra səhhətimdə daha ciddi problemlər yaranar. Amma mən üç qız böyüdürəm və heç vaxt raz olmaram ki, kimsə onların arxasınca mənə görə nalayiq söz desin”


loading...
>loading...
Oxşar hekayələr:
Facebook şərhləri
Şərh yaz
Hörmətli istifadəçi!
Nəzərinizə çatdırırıq ki, şərhlər moderatorlar tərəfindən yoxlanıldıqdan sonra dərc edilir. Odur ki, əbəs yerə artıq söz və ya reklam tipli şərh yazmayın (görünməyəcək).

Hörmətlə, Administrasiya.
* = mütləq doldurulmalıdır
Sual : Paytaxtımız hansı şəhərdir?
AYLIQ TOP 20 HEKAYƏLƏR
«    Yanvar 2017    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031