loading...
loading...

Qadınlarda niyə seksə istək ölür?

Qadınlarda niyə seksə istək ölür?
Fiziki dəyişiklik
Çox insan üçün yataqdakı insanın fiziki görünüşü seks zamanı önəm daşıyır. Sevdiyinin fiziki görünüşündəki bəzi dəyişikliklər kişilərdə olduğu kimi, qadınlarda da cinsi cazibədarlığı azaldır. İnsanlar yaşlandıqca daha çox baş verən fiziki dəyişiklik kökəlməkdir. Bu, bəzi qadınlar üçün cinsəllik baxımından xoşagəlməz görünə bilər.

Pis gigiyena
İnsan həmişə tərlidirsə, kirlidirsə, qoxu yayırsa, üzünü təraş etmirsə, üstündən siqaret qoxusu gəlirsə, ağzından qoxu gəlirsə, seks üçün ona yaxınlaşmağı heç bir qadın istəməz.

Status dəyişikliyi
Status və varlı olmaq da bir çox qadınlar üçün cazibədarlığın qaynaqlarıdır və pul zamanla azaldıqca cinsi istək də azalır.

Seksdə bacarıqsızlıq
Cinsi təcrübəsi olmayan, ya da zamanla öyrənməyə çalışan biriylə birlikdə olmaq adamı yoraraq, seks arzusunu azalda bilər. Qadınlar üçün ön sevişmə çox önəmlidir.

Adi seks
Uzun müddətdir münasibəti olan qadınların ən çox şikayət etdiyi hal adi seksdir.

Yaşlı sevgili
Sevdiyinin cinsi funksiyalarında dəyişiklik qadının cinsi arzusunu azaldır. Sevgilisində erkən boşalma problemi varsa, seks istəyi azalır. Kişilərdə sərtləşmə problemi başlayıbsa, qadının onunla seks yaşamaq arzusu ölür.

Söz-söhbətli münasibət
Mübahisə etmək bəzən münasibətdə bağı yenidən qurmağa kömək edir. Ancaq bitmək bilməyən dava münasibəti bitirə bilər. Belə halda iki sual ortaya çıxır: "Mübahisəmi cinsi həyatı söndürüb, yoxsa olmayan cinsi həyat mübahisəyə səbəb olur?”. Əslində ikisi də doğrudur. Bəzən mübahisə seksi öldürsə də, bəzən də seks olmadığı üçün mübahisə bunun ətrafında yaşayır. Qadınlar sevdiyi ilə seks yaşmaq üçün təkcə ön sevişməyə deyil, səmimi söhbətlərə, birlikdə yaxşı vaxt keçirməyə də ehtiyacı ola bilər.


loading...
>loading...
Oxşar hekayələr:
Facebook şərhləri
Şərh yaz
Hörmətli istifadəçi!
Nəzərinizə çatdırırıq ki, şərhlər moderatorlar tərəfindən yoxlanıldıqdan sonra dərc edilir. Odur ki, əbəs yerə artıq söz və ya reklam tipli şərh yazmayın (görünməyəcək).

Hörmətlə, Administrasiya.
* = mütləq doldurulmalıdır
Sual : Paytaxtımız hansı şəhərdir?
İNDİ OXUNAN 20 HEKAYƏ
AYLIQ TOP 20 HEKAYƏLƏR
«    Yanvar 2017    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031