» » İdeal cinsi əlaqə üçün qaydalar
loading...
loading...

İdeal cinsi əlaqə üçün qaydalar

İdeal cinsi əlaqə üçün qaydalar
İdeal mühit!
Şirin söhbətlər, yumşaq yastıqlar, rahat musiqi cütlüklərin cinsi enerjisini artıracaq ideal bir mühitdir. Yemək yedikdən sonra sevişməyin. Sevişməzdən əvvəl soyuq içkilərdən, dondurmadan və ya buzdan uzaq olun. Çünki həzmsizlik və ya soyuq yeməklər cinsi enerjini azaldır. Eləcə də, yorğun, ac və əsəbi vaxtlarınızda da cinsi əlaqədən qaçın. Bu da cinsi enerjinizi nizamsız edə bilər. Sevişməzdən yarım saat əvvəl tualet ehtiyaclarınızı ödəyin. Dolu sidik torbasıyla cinsi əlaqəyə girmək xoşagəlməzdir. Həddindən artıq soyuq və ya həddindən artıq isti havada sevişmək elektromaqnit sahədə tarazlığa gətirib çıxara bilər. Sevişməzdən əvvəl və sonra çox gərgin fəaliyyətdən uzaq olun. Əzələlər boşaldığı üçün enerjini toplamaq çətinləşər.

Toxunun!

Cütlüklər üçün cinsi həyatın qorxulu tərəfləri də var. Kişilərin bacarmamaq, təmin edə bilməmə, tez boşalma, qadınların isə çirklənmə, zərərlənmək, alçalmaq və s. kimi qorxuları var. Cinsi həyat sevgi və şəfqət dolu toxunuşlarla kombinə edildikdə qorxuducu olmur. Bu səbəbdən də cinsi xoşbəxtliyin sirri cütlüklərin bir-birini çox yaxşı tanımalarından keçir. Tərəf müqabilinin bədənini yaxşı tanımaq üçün saçlardan tutmuş göz qapaqları, dodaqlar, üz, sinə, əllər, omba, qıçlardan ayaq barmaqlarına qədər həzz alaraq sevgiylə toxunmaq şərtdir. Beləcə, tərəf müqabilinizin sirrini toxunduqca kəşf edəcək, qarşınıza çıxacaq yeni duyğular xoşunuza gələcək və hər ikiniz olduqca həyəcanlı, zövqlü anlar yaşayacaqsınız.

Ön sevişmə əhəmiyyətlidir!
Daha uzun, həssas və ləzzətli bir cinsəllik yaşamaq, kişilərdə boşalmanı nəzarət altına almaq, qadınlarda isə daha asan orqazma çatmaq üçün ön sevişmə son dərəcə vacibdir. Ön sevişmə cinsəllikdən alınan həzzin artırılması və cinsi uyğunsuzluğun daha az baş verməsi üçün də lazımlıdır. Bu səbəbdən də ön sevişməyə kifayət qədər vaxt ayıran cütlüklər sağlam və xoşbəxt bir cinsi həyata sahib olurlar.

Özünüzlə barışın!
Özünü tanımayan və özü ilə əlaqədar mənfi düşüncələrə sahib olan cütlüklər cinsi həyatlarında rahat olmurlar. Məsələn, cinsi istəksizliyin arxasında ağır bir patologiya dayanır. Cinsi istəyin olmaması böyük bir ehtimalla cinsi fantaziyaların, cinsi arzuların fərqinə varmamaqdır. Bu arzuların, fantaziyaların arxasında günahkarlıq və ya utancaqlıq dayanır. Bu isə sağlam və xoşbəxt bir cinsi həyata mane olur. Cütlüklərin həm özlərinin, həm də bir-birlərinin cinsi orqanlarını tanımaması da ideal cinsi həyatın qarşısını alır.

Güvənin!

Uşaqlıqda və yetkinlik dövründə güvən duyğusunda zədələnmə olanlara əvvəlcə güvən duyğusunu yenidən qazandırmaq lazımdır. Özünü etibarlı əllərdə hiss etməyən və ya qarşısındakına güvənməyən insanların sağlam və xoşbəxt bir cinsi həyat yaşamaları mümkün deyil.

Tərəf müqabilinizə hörmət edin!

Tərəf müqabilinə qarşı sevgi və hörmətli davranmayan cütlüklərin sağlam və xoşbəxt cinsi həyatları olmaz. Çünki sevgi və hörmət cütlüklərin cinsi yaxınlaşmasını artırır. Bir-birinə toxunmaq, oxşamaq, sevmək, masaj etmək cütlüklərin bir-birilərinə sevgilərini fiziki olaraq nümayiş etdirməlidirlər. Gün ərzində çiçək vermək, hal-əhval tutmaq sevgini ifadə etməyin yollarından biridir. Bunun sayəsində cütlüklər sevgiylə seksi bir yerdə tutarlar və seks zamanı sevgini də hiss edərlər.

Rahat olun!
Cinsəllikdən həzz almaq üçün seksdən əvvəl bütün hirsinizi, kin, əsəbinizi unudun, sakitləşin və rahatlanın.

Utanmayın!
Utanc duyğusundan xilas olmaq üçün cinsi sözlər, ifadələr, yüngül söyüşlər və dəlicəsinə, hətta ayıb hərəkətlər edə bilərsiniz. Cinsi təcrübəsi az olan, utancaq, çəkingən cütlüklər üçün bu texnikalar çox müvəffəqiyyətli ola bilər. Bunun sayəsində cütlüklər cinsi mövzularda utancaqlıq kimi biabırçılıqdan xilas olarlar.

Diqqətinizi cəmləyin!
Cinsəllik mexaniki və texniki hadisə olmadığı üçün cinsi əlaqə əsnasında diqqətinizin hamısını tərəf müqabilinizə və cinsi hərəkətlərinizə istiqamətləndirmək çox əhəmiyyətlidir. Cinsi əlaqə əsnasında ağlımızın başqa yerdə olması beynimizlə bədənimizin uyğun olmayan bir vəziyyətidir. Şəhvətə diqqət yönəldin, bu zaman həzz ala və verə bilərsiniz. Boşalma yalnız beyinlə əlaqədar bir məsələdir. Əgər beyninizdə boşalmağa qərar verməsəniz, bədəniniz hər hansı bir narahatlıq duymadan sevişməni boşalmadan və tamamilə təmin olmuş bir şəkildə bitirəcək.


loading...
>loading...
Oxşar hekayələr:
Facebook şərhləri
Şərh yaz
Hörmətli istifadəçi!
Nəzərinizə çatdırırıq ki, şərhlər moderatorlar tərəfindən yoxlanıldıqdan sonra dərc edilir. Odur ki, əbəs yerə artıq söz və ya reklam tipli şərh yazmayın (görünməyəcək).

Hörmətlə, Administrasiya.
* = mütləq doldurulmalıdır
Sual : Paytaxtımız hansı şəhərdir?
AYLIQ TOP 20 HEKAYƏLƏR
«    Yanvar 2017    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031